"Liverpul"un ulduz hücumçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanı liqasında davam etdirə bilər.
90deqiqe.Az "L'equipe"ə istinadən xəbər verir ki,misirli hücumçunu ölkə çempionu "Əl-Hilal" heyətinə qatmaq istəyir. Klub nümayəndələri Məhəmmədin agentləri ilə ilkin danışıqlara başlayıblar.
Salahın Mersisayd nəhəngi ilə müqaviləsi 2024/2025 mövsümünün sonunda başa çatır. 32 yaşlı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyun keçirib. Salah 18 qol vurub (beşi penaltidən) və 13 məhsuldar ötürmə edib.