EN

Cüdoçular üçün kəmər dərəcələri üzrə rəsmi imtahanlar keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə yanvarın 29-da kəmər dərəcələri üzrə rəsmi imtahanlar təşkil ediləcək.

Fanat.Az ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olanlar üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat veriləcək.

Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Chosen
6
9
fanat.az

10Sources