EN

Krasnoyarsk diyarındakı sanatoriyada dincələn 32 nəfər zəhərlənib



Krasnoyarsk diyarının cənubundakı Taqarskoye gölündəki sanatoriyada 30-dan çox insan zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib. Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsindən TASS-a verilən məlumata görə, beş nəfər xəstəxanaya yerləşdirilib.

“Krasnoyarsk diyarının Minusinsk vilayətindəki Taqarskoye gölü yaxınlığındakı “Sosnovıy Bor” sanatoriyasının 32 istirahətçisi qidadan zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib, 5-i xəstəxanaya yerləşdirilib”, - deyə prokurorluq məlumat yayıb.

aia.az
tərcümə şöbəsi



Chosen
4
1
aia.az

2Sources