Dələduzlar növbəti dəfə aktrisa Pərvin Abıyevanı hədəf alıblar.
Paralel.az xəbər verir ki, aktrisa sosial şəbəkədə paylaşım edərək yenidən onun adından pul yığıldığını bildirib:
"Bu dilənçi yenə mənim adımdan pul dilənir. Heç kim aldanmasın".
Qeyd edək ki, ötən ilin dekabrında da dələduzlar Pərvinin adından istifadə edərək votsapda pul istəyirdilər.