Qrenlandiya ABŞ-nin bir hissəsi olmaq istəmir, lakin Vaşinqtonla işgüzar əməkdaşlığın inkişafına açıqdır.
APA xəbər verir ki, bu fikri Qrenlandiyanın maliyyə və gender bərabərliyi naziri Naaja Nathanielsen “The Washington Post”a yazdığı yazısında bildirib.
"Baş nazirimizin açıqladığı kimi, Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz ABŞ-nin bir hissəsi olmaq istəmirik. Biz Danimarkalı və ya Amerikalı deyilik", - deyə o bildirib.