EN

Ziya Məmmədovun bacısı işdən çıxarıldı

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova vəzifəsindən azad edilib.

Publika.az xəbər verir ki, bu barədə "qaynarinfo" saytı məlumat yayıb.

Məhbubə Məmmədova müvafiq əmrlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsindən çıxarılıb.

Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsi Xanımqız Rüstəmovaya tapşırılıb.

Kollecdən bildirilib ki, Məhbubə Məmmədova son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub.

Chosen
12
35
publika.az

10Sources