EN

Agentlik: Bu il ərzində yeni formalaşdırılacaq metodik xidmətə 500-dən çox metodistin cəlbi nəzərdə tutulur

Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına əsasən, ümumi təhsildə tədrisin keyfiyyətinin artırılması istiqamətində müasir metodiki xidmətin qurulması qarşıda duran əsas hədəflər siyahısındadır. Bu hədəflərə çatmaq üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin yerli bölmələrinin strukturunda dəyişiklik edilməsi, mövcud metodiki xidmət işinin yenidən təşkili və təkmilləşdirilməsi prosesi həyata keçirilir.

Agentlikdən “İki sahil”ə bildirilib ki, müasir metodiki xidmətin təşkilində məqsəd ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərə müasir tələblərə cavab verən metodik dəstəyin həyata keçirilməsi, prosesinin daha keyfiyyətli təşkilinə nail olmaqdır.

“Mediada Təhsil idarələrində çalışan çoxsaylı əməkdaşın işdən azad olunması və ixtisarı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, əvvəlki strukturda metodiki kabinetlərdə çalışan metodistlər fəaliyyətini tabe müəssisələrdə davam etdirir. Əməkdaşların işlə təminatı prosesi hazırda da davam etməkdədir”, - agentliyin məlumatında deyilir.

Qeyd edək ki, cari il ərzində metodik xidmətə cəlb olunacaq yeni metodistlərin seçimi, təlimləndirilməsi və işə cəlbi prosesinin həyata keçirilməsi nəzərdə tutulur. 2025-ci il ərzində yeni formalaşdırılacaq metodik xidmətə 500-dən çox metodistin cəlbi nəzərdə tutulur.

Chosen
8
5
ikisahil.az

10Sources