EN

Tbilisidə yeni etiraz aksiyası keçirilib

Tbilisidə

Tbilisinin mərkəzində yeni aksiyas keçirilib. “Ulusum”.az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat verib.aksiyanın iştirakçıları yeni parlament seçkilərinin təyin olunmasını və əvvəlcə saxlanılmış etirazçıların azadlığa buraxılmasını tələb ediblər.Aksiya başlamazdan əvvəl etirazçılar, hakim "Gürcüstan Xəyalı" partiyasının qurucusu Bidzina İvanişvilinin şəkli olan maskalarla Rustaveli prospekti boyunca yürüş ediblər. Beləliklə, onlar parlament tərəfindən qəbul edilmiş və mitinqlərdə maska taxmağı qadağan edən qanuna etirazlarını bildirmiş oldular.Tbilisinin kənarındakı Temka ərazisindəki polis bölməsinin qarşısında keçirilən etirazda altı nəfər saxlanılıb, Beş nəfər — hüquq-mühafizə orqanlarının tələbini yerinə yetirməyib maska çıxarmadığından, bir nəfər isə polisə müqavimət göstərdiyinə görə saxlanılıb.Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin müavini Qoga Memanişvili saxlanmaların aparıldığını təsdiqləyib. Lakin o, polis bölməsinə aparılan şəxslərin sayını açıqlamayıb.Səidə Mustafa

Diqqət Çəkənlər

Qəhrəmanlıq Yolunda: Birinci Qarabağ müharibəsi Qazisi ilə Söhbət

Tramp özünün "memcoin" adlı kriptovalyutasının buraxıldığını elan edib

FHN: 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib

Chosen
25
ulusum.az

1Sources