EN

Dieqo Simeone “Leqanes”ə gözlənilməz məğlubiyyəti şərh etdi

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 20-ci turunun “Leqanes”lə səfər oyununu şərh edib.

Arena.az məlumat verir ki, “döşəkçilər” 0:1 hesabı ilə məğlub olmaqla, bütün yarışlar çərçivəsində nail olduqları ardıcıl 15 oyunluq qələbə silsiləsinə – mütləq klub rekorduna xitam vermiş olublar.

Dieqo Simeone matçdan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:

“Gəlin, qaydasınca danışaq. Biz klubun tarixinə düşəcək 15 gözəl oyun keçirmişik. Bu, çox faydalı və gözəldir. Biz buna nail olmaq üçün çox çalışmışdıq və bu, Çempionatda, Kubokda və Çempionlar Liqasında bizə fayda verdi.

Bu gün birinci hissədə komandamın qol vurmağa yaxın olduğu görünürdü. Daha yaxşısını edə biləcəyimiz məqamlar da vardı. Oyunun əvvəlində onlar cinahlardan yaxşı oynadılar və təhlükə yaradan ötürmələr etdilər. Biz qələbə qazanmaq istəyirdik.
İkinci hissədə qol vurulduqdan sonra isə “Leqanes” daha yaxşı müdafiə olundu və daha mütəşəkkil çıxış etdi. Sörlotun yoxluğunda, heyətimizdə yetkin oyunçular əskik idi və biz Ninyonun (Ninyo) simasında buna əvəz tapdıq və onu cinahdan ötürmələrlə tapa bilib-bilməyəcəyimizə çalışdıq.

“Leqanes” müdafiədə çox yaxşı oynadı. Bir penalti, sonra isə qol kimi görünmüş son fürsətimiz oldu… Əvvəla, futbolçuları bu günə qədər göstərdikləri zəhmətə və çox xüsusu yaxşı bacardığımızı hiss etdiklərinə görə təbrik etmək istəyirəm, amma xırda xüsuslar bizim xeyrimizə işləmədi.

Qalib gəlməyə öyrəşdiyiniz zaman uduzmaq çox çətindir. Qələbə qazanmaq çox xoşdur, faydalıdır, çoxlu müsbət hallar yaradır. Amma məğlub olmalı olanda… Bu, oyunun, səyahətin, yolun bir hissəsidir. Bu, qəbul edilməlidir”, – AS dərgisi argentinalı mütəxəssisdən sitat gətirir.

“Atletiko” bu məğlubiyyətə baxmayaraq, 20 oyundan 44 xalla hələ də zirvədədir, amma 19 oyundan 43 xal toplamış “Real” 2-ci pillədən mümkün liderliyə iddialıdır. “Leqanes” isə 22 xalla 14-cü pillədə qərarlaşıb.

Chosen
44
arena.az

1Sources