“Nürnberq”də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın 2-ci Bundesliqasında cəzalı duruma düşüb.
Msport.az xəbər verir ki, buna hücumçunun “Karlsrue” ilə XVIII tur matçında sarı vərəqə görməsi səbəb olub.
48-ci dəqiqədə rəsmi xəbərdarlıq alan Emreli növbəti matçı buraxacaq.
Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan görüşdə hesab bərabərdir – 1:1.