EN

Həmas İsrail girovlarının ikinci hissəsini bu tarixdə azad edəcək

Yanvarın 25-i fələstinli məhbusların azad edilməsi müqabilində Qəzza zolağında saxlanılan israilli girovların ikinci qrupu azad ediləcək.

Teleqraf.com xəbər verir ki, Fələstinin Həmas hərəkatı öz Telegram kanalında müvafiq bəyanat yayıb.

“Həmas təsdiq edir ki, məhbus mübadiləsinin ikinci mərhələsi planlaşdırıldığı kimi - yanvarın 25-i şənbə günü baş tutacaq”, - sənəddə deyilir.

Azad edilməsi planlaşdırılan girovların sayı barədə hələlik məlumat yoxdur.


Müəllif: Arzu
Chosen
22
37
teleqraf.com

10Sources