EN

Tramp Kapitola basqın edənləri əfv etdi

ABŞ prezidenti Donald Tramp 2021-ci ilin yanvarında Kapitoliyə basqın edən 1500 nəfərin əfv edilməsi haqqında sərəncam imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, dövlət başçısı bu barədə Ağ Evdə fərman imzalayıb.

Xatırladaq ki, 2021-ci il yanvarın 6-da o zaman ABŞ prezidenti olmuş Trampın tərəfdarları 2020-ci ilin noyabrında ölkədə keçirilmiş prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün ABŞ Konqresinin binasına soxulublar. Seçkilərdə demokrat Co Bayden qalib gəlib. Bina daxilində iğtişaşlar zamanı polis bir etirazçını güllələyərək öldürüb. Toqquşmalarda Kapitol polisinin əməkdaşı ölüb.

Chosen
20
50
operativmm.az

10Sources