EN

Tramp Meksika körfəzinin adını dəyişdirilməsi barədə fərman verdi

ABŞ prezidenti Donald Tramp Meksika körfəzinin adının dəyişdirilməsi barədə fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, körfəz bundan sonra Amerika körfəzi adlanacaq.

Sənəd Ağ Evin saytında yerləşdirilib.

Meksika prezidenti Klaudiya Şeynbaum da öz növbəsində Trampa cavab verib. Şeynbaum bildirib ki, "Meksika körfəzi" adı BMT tərəfindən qəbul olunub. Şeynbaum təklif edib ki, ABŞ-nin yerləşdiyi qitə də "Meksika Amerikası" adlandırılsın. Buna əsas kimi isə o, 1607-ci ilə aid xəritədəki toponimi göstərib.


Müəllif: Teleqraf.com
Chosen
39
32
teleqraf.com

10Sources