EN

AYNA rəsmisindən mətbuata qarşı SAYĞISIZLIQ – Telefonu jurnalistin üzünə…

508 nömrəli müntəzəm avtobus marşrutun istiqamətində dəyişikliklər olunacaq.

News24.az-ın əldə etdiyi məlumata görə, “20 Yanvar” metrostansiyası -  Saray qəsəbəsi istiqamətində fəaliyyət göstərən müntəzəm marşrut xəttinin gediş məsafəsi Sumqayıt şəhəri 17-ci mikrorayon dairəsinə qədər uzadılacağı deyilir.

“Baku Bus”a məxsus marşrut xəttinin məsafəsinin uzadılması Saray körpüsünün inşasının tamamlanmasından sonra baş tutacaq. 

Daşıyıcı şirkətdən aldığımız məlumata görə, belə bir proses baş tutarsa, avtobusların sayı artacaq. 

“Baku Bus”dan həmçinin bildiriblər ki, gediş haqqı barədə isə adiyyati qurum məlumat verə bilər.

Məsələ ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ilə əlaqə yaratdıq. Qurumun mətbuat katibi Tural Orucov suala sərt təpki göstərərək, cavabdan yayınaraq, telefonu əməkdaşımızın üzünə qapatdı. 

508 nömrəli avtobusda gediş haqqı 55 qəpikdir. Son qiymət dəyişiklikliyindən sonra müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib. Həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik olub.

Qeyd edək ki, “Media haqqında” qanunun 17.3 maddəsinə görə, informasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.

Media etikası və jurnalist peşəkarlığına sadiq qalaraq, mövzu ilə bağlı AYNA-nın da mövqeyini bir daha gözlədiyimizi bəyan edir, dərc etməyə hazır olduğumuzu bildiririk. 

Ağa Dadaşzadə



Chosen
23
5
news24.az

3Sources