Olaylar.az xəbər verir ki, bu barədə Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdən sonra mətbuat konfransında açıqlama verib.
Mirzoyanın sözlərinə görə, təşəbbüs Ermənistan Konstitusiyasına uyğun olaraq həyata keçirilib və 50 min imza toplanaraq qanun layihəsinə çevrilib. Qanun layihəsinin parlamentdə səsverməyə çıxarılacağını bildirən nazir, ölkə hökumətinin təşəbbüsü dəstəklədiyini, parlamentdəki iqtidar partiyasının da bunu dəstəkləyəcəyini qeyd edib:
"Bunun nəticələri barədə gələcəkdə qərar veriləcək. Qanun layihəsi hazırda başqa bir məqsəd daşımır."
Aİ-yə üzvlüyün Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə necə uyğunlaşdırılacağı barədə sualı cavablandıran Mirzoyan bu iki format arasında ziddiyyətlərin mövcud olduğunu təsdiqləyib:
"Bu məsələ gündəmə gələndə daha dərin təhlillər aparılacaq."
Xatırladaq ki, Sergey Lavrov Ermənistanın xarici işlər naziri ilə danışıqları məhsuldar adlandırıb. Lavrov vurğulayıb ki, tərəflər arasında konstruktiv dialoq baş tutub.