Ceyms Klarkson Böyük Britaniya Milli Lotereyasının Milad günü tirajında 7,533,329 funt sterlinq udduğunu öyrəndikdə heyrətə gəlib.
News24.az xəbər verir ki, Klarkson əmin olmaq üçün səhər saat 09:00-da milli lotereya administrasiyasına zəng edib və onun şanslı şəxs olduğu təsdiqlənib.
Cek-potu qazandıqdan sonra ertəsi gün yenidən işə gedən Klarkson "Hələ çox gəncəm, istilik mühəndisliyi sahəsində özümü təkmilləşdirmək istəyirəm" deyərək karyerasına davam edəcəyini açıqlayıb.
Atasının da bu fikri dəstəklədiyini deyən 20 yaşlı gənc pulu alan kimi sevgilisinə bahalı çanta hədiyyə etdiyini və uzun bir tətil planlaşdırdığını bildirib.
Ailəsinin ipotekasını ödəyəcəyini bildirən Klarkson, "Bu pulun təkcə mənə deyil, ailəmə də fayda verməsini istəyirəm" dedi.
Günel Məlikzadə