Almaniyanın cənub-şərqindəki hərbi təlim zonasında ABŞ-ın Avropadakı Quru Qoşunları tərəfindən təşkil edilən “Combined Resolve XXI” beynəlxalq hərbi təlimləri başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Almaniyanın Hohenfels şəhərindəki Birləşmiş Beynəlxalq Təlim Mərkəzində Birgə Komandanlıq XXI təlimləri çərçivəsində NATO-ya üzv 16 ölkədən və təxminən 4000 əsgər cəlb olunub”, - deyə məlumatda bildirilib.
Departament təlimlərin məqsədini müttəfiq bölmələrlə birgə hərəkətlərə hazırlıq və müttəfiq ordular arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi kimi qiymətləndirib.