EN

Saatlıda çörək emalı müəssisəsində bir sıra nöqsanlar aşkarlanıb 

Yazını böyüt
Yazını kiçilt

Saatlı şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Qəhrəmanov Rəvan Bəybala oğluna məxsus çörək emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, müəssisədə məhsulların saxlanılması zamanı temperatur rejiminə əməl olunmadığı, emal prosesində suyun filtrasiya edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin qurulmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb.

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Chosen
25
4
hafta.az

4Sources