EN

UNEC ilə Dünya Azərbaycanlı Alimlər Birliyi yeni təşəbbüsə imza atdı (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektoru,professor Ədalət Muradov Dünya Azərbaycanlı Alimlər Birliyinin(DAAB) üzvləri ilə görüşüb.

DAAB-nin sədri, Humboldt mükafatı alan ilk azərbaycanlı alim,fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyevinmoderatorluğu ilə onlayn platforma üzərindən keçirilən görüşdədünyanın müxtəlif qitələrində yaşayan və fəaliyyət göstərənazərbaycanlı alimlər iştirak ediblər.

UNEC rektoru, professor Ədalət Muradov alimləri salamlayaraq,görüşün əsas məqsədinin ölkə elminin və təhsilinin dünya təhsilbazarında və elm məkanında mövqeyinin gücləndirilməsi, həmçininAzərbaycanın elmi nailiyyətlərinin beynəlxalq səviyyədə tanıdılmasıolduğunu bildirib. Rektor bu istiqamətdə dünya azərbaycanlıalimlərinin önəmli roy oynaya biləcəklərini qeyd edib.

Professor Məsud Əfəndiyev UNEC-in bu təşəbbüsünü yüksəkqiymətləndirərək, Azərbaycanın elm və təhsilinin beynəlxalq aləmdətanıdılmasında önəmli körpü rolunu oynayacağından əminliyini ifadəedib. O, UNEC-in təşkil etdiyi görüşün elm və təhsil sahəsindətəcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıdığınıbildirib.

Sonra ABŞ, Kanada, Rusiya, Cənubi Koreya, Almaniya, Fransa,Türkiyə, Avstriya və digər ölkələrdə fəaliyyət göstərənazərbaycanlı alimlər birgə əməkdaşlıq istiqamətləri ilə bağlıtəkliflər irəli sürüblər. Təkliflər arasında birgə tədqiqatlarınaparılması, müştərək elmi əsərlərin hazırlanması, elmi jurnallarınnəşri, beynəlxalq elmi konfransların təşkili, təhsil iqtisadiyyatıilə bağlı araşdırmaların aparılması, gənc alimlərin inkişafınayönəlmiş mentorluq proqramlarının təşkili kimi önəmli məqamlar yeralıb. Həmçinin, məqalələrin keyfiyyətinin artırılması, araşdırmamövzularının müəyyənləşdirilməsi, alimlərin beynəlxalqkonfranslarda iştirakının təmin edilməsi, elmi layihələrin stratejiidarə olunması, yumşaq bacarıqların elmdə tətbiqi, gənc alimlərinbeynəlxalq təşkilatlarda fəaliyyətə cəlb edilməsi, beynəlxalqakkreditasiyanın təmin edilməsi barədə əməkdaşlıq təkliflərisəsləndirilib. Alimlər arasında şəbəkələşmənin (networking)yaradılması və əməkdaşlığın effektivliyinin artırılması məqsədiləölkələr üzrə koordinatorların müəyyənləşdirilməsi də qəraraalınıb.

Görüşün sonunda rektor Ədalət Muradov UNEC-də “Elminpopulyarlaşdırılması” və “Elm gözəldir: Məktəbdən elmə” adlı ikitəşəbbüsə start verildiyini diqqətə çatdırıb. O, azərbaycanlıalimləri bu təşəbbüsə qoşularaq, onları ölkə elminin inkişafınadəstək verməyə, eləcə də məktəblərdə elmin əhəmiyyəti ilə bağlıtəbliğatın aparılmasına dəstək göstərilməsinə dəvət edib.

UNEC
UNEC
UNEC
UNEC
Məqalədə:
Chosen
17
26
az.trend.az

10Sources