Türkiyənin Bolu şəhərindəki Kartalkaya xizək kurortunda çərşənbə axşamı baş verən yanğında 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
News24.az xəbər verir ki, “Haber Global” telekanalının verdiyi məlumata görə, bu məlumatı Türkiyə Daxili İşlər Naziri Əli Yerlikaya təsdiqləyib.
Nazir bir müddət əvvəl X sosial şəbəkəsində yanğın barədə məlumatın saat 03:27-də daxil olduğunu yazıb . Bayram günləri ilə əlaqədar otelin doluluq nisbəti 80-90% olub və binada 237 nəfər olub. Xilasedicilər gələnə qədər heyət qonaqları təxliyə etməyə başlayıb. Xilas edilənlər dörd yerli oteldə yerləşdirilib.
Ağa Dadaşzadə