EN

"Dünyaya söz azadlığını öyrətmək Almaniya rəhbərliyinin işi deyil" - ZAXAROVA

Ajans.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Telegram kanalında diplomat Şolzun Davosda keçirilən Dünya İqtisadi Forumunda Almaniyada söz azadlığının mövcud olduğunu iddia etdiyi bəyanatını şərh edib. Zaxarova xatırladıb ki, əvvəllər ölkədə bir sıra Rusiya KİV-lərinin işini məhdudlaşdıran məhz Berlin hakimiyyəti olub.

“Əgər kimsə dünyaya söz azadlığı haqqında öyrətməlidirsə, bu, şübhəsiz ki, Almaniya deyil. Ancaq Berlində kimsə deyilən sözlərə və ya heç olmasa onların bir hissəsinə cavab vermək iqtidarındadırsa, bunu sübut edin - qovulmuş jurnalistlərin yerinə Birinci Kanalın çəkiliş qrupunu akkreditasiya edin”, - deyə Zaxarova yazıb.

Xatırladaq ki, 2024-cü ilin payızında Almaniya hakimiyyəti Birinci Kanalın Almaniya bürosunu bağlamaq qərarına gəlib. Berlindəki büronun əməkdaşlarına ölkəni tərk etmək əmri verilib.

Chosen
16
28
Ajans.az

10Sources