Bakı. Trend:
Bu il Ələt-Astara dəmir yolunun layihələndirilməsi üzrə işlərinaparılması nəzərdə tutulur.
Bunu Trend-ə açıqlamasında "Azərbaycan DəmirYolları" (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisiBəxtiyar Hacıyev deyib.
O qeyd edib ki, 2024-cü ildə bu istiqamətdə bir sıra işlərgörülüb.
"Belə ki, Ələt-Astara dəmiryol xətti üzrə elektrik təchizatı vərabitə-işarəvermə sistemlərinin konseptual layihələndirmə işləribaşa çatdırılıb. Bundan başqa, Qasımlı-Liman mənzilinin 131 km-dəyerləşən körpünün tikinti-quraşdırma işləri yekunlaşıb. Hazırdatest işləri aparılır. 2025-ci ildə də müavfiq işlər davametdiriləcək", - deyə B.Hacıyev qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycanərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planınaəsasən, 2024-2026-cı illərdə Ələt−Osmanlı−Astara dəmir yolununyenidən qurulması planlaşdırılıb. Həmçinin, bununla bağlı 2026-ciildə Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartıyollarının və yoldəyişənlərin əsaslı təmiri nəzərdə tutulub.