Altı Qərbi Balkan ölkəsi, Ukrayna və Moldovanın gələcəyinin Avropa İttifaqı (Aİ) olacağına şübhə yoxdur.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Aİ genişlənməni Avropa xalqları, qitə üçün sülh və təhlükəsizlik naminə ən böyük geosiyasi investisiya kimi tam dəstəkləyir:
"Bu, sədrlik etdiyim Qərbi Balkan sammitinin də əsas mövzusu idi. Altı Qərbi Balkan ölkəsi, Ukrayna və Moldova öhdəliklərini yerinə yetirmək üçün ciddi səylər göstərir. Bu ölkələrin gələcəyinin Avropa İttifaqında olması şübhəsizdir. Onlar öhdəlikərini yerinə yetirdikcə biz də onlara verdiyimiz vədləri yerinə yetirməliyik".