EN

Tacikistan Qəzzaya humanitar yardım göndərib

Yazını böyüt
Yazını kiçilt

Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) təşəbbüsü çərçivəsində Tacikistan Respublikası Qazaxıstan, Azərbaycan və Banqladeşlə birliklə Qəzza zolağının sakinlərinə kömək üçün 200 ton yüksək keyfiyyətli buğda unu göndərib.

Hafta.az-ın yazdığına görə, humanitar yardım İordaniya Humanitar Təşkilatı (JHCO) ilə birgə təşkil olunur və kəskin ərzaq qıtlığının aradan qaldırılmasına yönəlib.

Humanitar konvoyun 2 gün ərzində Kerem Şalom/Karam Abu Salem sərhəd keçid məntəqəsinə çatması gözlənilir.

Yardım BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) və BMT-nin digər qurumlarının dəstəyi ilə bölüşdürüləcək. Humanitar yük kəskin ərzaq çatışmazlığı yaşayan 8 min ailə üçün nəzərdə tutulub.

Tacikistanın Xarici İşlər Nazirliyi xatırladır ki, təşəbbüs Qəzzada aclıq təhlükəsi ilə mübarizə aparmaq üçün IOPB tərəfindən 2024-cü ilin əvvəlində başlamış “Bəşəriyyət üçün un” proqramının bir hissəsidir.

Chosen
27
18
hafta.az

10Sources