COVID-dən sağalmış insanların xroniki yorğunluq sindromundan əziyyət çəkmə ehtimalı 7,5 dəfə çoxdur.
“Cebheinfo.az” xəbər verir ki, bu, amerikalı alimlərin gəldiyi nəticədir.
Mütəxəssislər 11 800 nəfərin məlumatlarını öyrənib, onlardan 14 500-ü koronavirusdan sağalıb. Təhlil göstərib ki, COVID-dən sağalmış xəstələrin 4,5%-i xroniki yorğunluqdan əziyyət çəkir, qalan iştirakçılar arasında isə bu rəqəm cəmi 0,6%-dir.
Əlavə edək ki, xroniki yorğunluq sindromunun əsas əlamətlərinə yorğunluq, ayağa qalxarkən başgicəllənmə, yuxusuzluq, zehni yorğunluq və ümumi zəiflik hissi daxildir.