Fransanın “PSJ” klubunda çıxış edən slovakiyalı müdafiəçi Milan Şkrinyar karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirəcək.Metbuat.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı xəbər yayıb. Bildirilib ki, 29 yaşlı futbolçu müqavilə imzalamaq üçün bu gün İstanbulda olacaq.Xatırladaq ki, Milan Şkrinyar cari mövsüm “PSJ” forması ilə 5 oyunda meydanda olub.