EN

Marko Rubio: İsraili dəstəkləmək ABŞ prezidenti üçün prioritet məsələdir

İsraili dəstəkləmək ABŞ prezidenti Donald Tramp administrasiyası üçün prioritet məsələdir...

Poliqon ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı ABŞ-ın yeni dövlət katibi Marko Rubio bildirib.

“Birləşmiş Ştatların İsrailə davamlı dəstəyini saxlamaq prezident Tramp üçün əsas prioritetdir”, o deyib.

Bundan əlavə, Rubio Netanyahunu İsrailin HƏMAS və Hizbullahla mübarizədəki uğurları münasibətilə təbrik edib və Qəzzada saxlanılan bütün girovların azad edilməsinə kömək etmək üçün yorulmadan çalışacağını vəd edib.

Dövlət katibi əlavə edib ki, o, İranın yaratdığı təhdidləri aradan qaldırmağı və sülh üçün imkanlar axtarmağı səbirsizliklə gözləyir.

Poliqon.info

Chosen
27
50
poliqon.info

10Sources