2024-cü ildə Azərbaycandan pomidor ixracında artım qeydə alınıb.
Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə Azərbaycandan 175 milyon 430 min dollar dəyərində 145 min 603 ton pomidor ixrac olunub. Bu, 2023-cü illə müqayisədə dəyər baxımından 8,3%, miqdar baxımından isə 3,6% artım deməkdir.
2023-cü ildə 161 milyon 984 min dollar dəyərində 140 min 588 ton pomidor ixrac edilmişdi. Beləliklə, 2024-cü ildə pomidor ixracının dəyəri 13 milyon 446 min dollar, miqdarı isə 5 min 15 ton artıb.