EN

​"Instagram"da bu səhifə dələduzluq edir -

"Instagram" sosial şəbəkəsində "pulqabiaz" adlı səhifə vətəndaşlara iri həcmli kreditlər verdiyini vəd edən paylaşımlar etməklə dələduzluq edir. Metbuat.az xəbər verir ki, bu barədə marketoloq Müşviq İskəndərov feysbuk hesabında paylaşıb. Onun sözlərinə görə, səhifə hətta irəli gedərək ölkə başçısı və digər tanınan şəxsləri belə izləməyə alıb: "Kredit almaq üçün, məsələn, 5000 azn üçün 250 azn tərəflərdən biri milliön vasitəsi ilə "Xəzri" pul köçürmələrində bir birlərinə pul köçürməlidir, hər iki tərəflərin sənədləri və kodlar öncədən tələb olunduğuna görə bunlar da transfer olunmuş məbləği özləri götürüb müraciət edən xəbərsiz insanları da qurban edirlər. Təəssüflər olsun ki, paylaşılan çeklərin sayı minlərlə manatln artıq ələ keçrildiyini göstərir". Mütəxəssis qeyd edib ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 qaynar xətti və "polisazerbaycan" "Instagram" səhifələrinə məlumat verib.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
10
50
metbuat.az

10Sources