EN

Rusiya iqtisadiyyatı iflasa uğrayacaq - Trampın keçid komandasının rəhbəri

Əgər Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı razılaşmaya getməsə, ABŞ qlobal neft bazarına kəskin şəkildə daha çox neft çıxararaq qiymətləri 40 dollar və ya daha aşağı səviyyəyə salacaq.  Bu barədə BBC Radio 4-ə müsahibəsində seçilmiş prezident Donald Trampın keçid komandasının rəhbəri Robert Vilki bildirib.

"ABŞ-ın qlobal neft bazarındakı iştirakı qiymətləri aşağı salacaq və bu, Rusiya iqtisadiyyatını iflasa sürükləyəcək. Bu, Putinin hərbi iqtisadiyyatına inanılmaz dərəcədə böyük təzyiq göstərəcək", – The Moscow Times Vilkinin sözlərini sitat gətirir.

Trampın keçid komandasının rəhbəri həmçinin Avropaya ABŞ-ın mayeləşdirilmiş qaz (LNG) tədarükünün artırılacağını açıqlayıb. Hazırda ABŞ Avropa bazarının 70%-ni, bəzi ölkələrdə isə 90%-ni qazla təmin edirr.

İnauqurasiyadan sonra Putinə ilk açıq müraciətində Tramp, Kreml Ukraynadakı müharibəni bitirməsə, Rusiyaya qarşı sanksiyaların gücləndiriləcəyini və hətta bütün Rusiya məhsullarına tam embarqo tətbiq ediləcəyini bəyan edib.

ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Rusiyaya qarşı 20 mindən çox sanksiya tətbiq etsə də, Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, Rusiya hələ də gündə təxminən 5 milyon barrel neft ixrac etməyə davam edir.
 
N.Təbrizli

www.anews.az
Chosen
16
50
anews.az

10Sources