Yunanıstanın Saloniki şəhəri yaxınlığında məişət tullantılarının içindən təxminən 2000 yaşı olduğu təxmin edilən mərmərdən qadın heykəli tapılıb. Metbuat.az xəbər verir ki, 80 santimetr hündürlüyündə başsız heykəl sakin tərəfindən tapılıb. Sakin onu müvafiq dairəyə təhvil verib. Yerli hökumət heykəlin tarixi əhəmiyyətini qiymətləndirmək üçün arxeoloqlarla əlaqə saxlayıb. Polisin bildirdiyinə görə, heykəl Makedoniyalı İskəndərin fəthlərindən sonra incəsənət və mədəniyyətin çiçəkləndiyi eramızdan əvvəl 320-30-cu illərə aid olan Ellinizm dövrünə aiddir. Heykəl təfərrüatlı təhlil üçün arxeoloqlara təhvil verilib və mühafizə və tədqiq üçün yerli antikvarlar idarəsində saxlanılacaq. Polis heykəli kimin atdığını müəyyən etmək üçün araşdırmalara başlayıb. Hadisə ilə bağlı bir nəfər saxlanılsa da, sərbəst buraxılıb.