EN

"Qalatasaray" "Şalke"nin yetirməsini aldı

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf.com xəbər verir ki, İstanbul təmsilçisi “Eyüpspor”un futbolçusu Ahmed Kutucunu 5,9 milyon avro qarşılığında transfer edib. “Cim-Bom” 25 yaşlı hücumçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Ahmet Kutucu Almaniyanın “Şalke” klubunun yetirməsidir. 2023-cü yayından “Eyüpspor”dan çıxış edən futbolçu cari mövsüm ərzində keçirdiyi 20 oyunda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


Müəllif: Royal Həsənov
Chosen
16
26
teleqraf.com

10Sources