EN

Trüdo: Trampın 25 faizlik gömrük tariflərinin qarşılığını amerikalılar ödəyəcək

Trüdo: Trampın 25 faizlik gömrük tariflərinin qarşılığını amerikalılar ödəyəcək

Trüdo ABŞ prezidenti Donald Trampın Kanada məhsullarına 25 faizlik gömrük rüsumunu tətbiq edəcəyi təqdirdə amerikalı istehlakçıların daha çox vəsait ödəyəcəyini bildirib.Vəzifəsini tərk etməyə hazırlaşan Kanadanın Baş naziri Castin Trüdo paytaxt Ottavada jurnalistlərə bildirib ki, Tramp planı həyata keçirərsə, Kanada cavab tarifləri ilə cavab verəcək və Amerika istehlakçıları demək olar ki, hər şeydə qiymətlərin artacağını görəcəklər.Trampın Kanada məhsullarına 25 faiz rüsum tətbiq etməsi halında amerikalı istehlakçıların daha çox vəsait ödəyəcəklərini söyləyən Trüdo "Trampın da bunu istəyəcəyini düşünmürük" deyib.Qeyd edək ki, Tramp açıqlamasında bildirib ki, Kanada və Meksikaya 25 faizlik rüsum tətbiq etmək planı fevralın 1-dən etibarən qüvvəyə minə bilər.

Chosen
34
36
afn.az

10Sources