Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Vüqar İskəndərli deyib.
O bildirib ki, müasir dünyanın hibrid müharibələr, dezinformasiyalar kimi bəlaları var:
“Bir mənbədən hər hansı xəbər geniş yayıla bilir və fakt kimi göstərilir. İnternetin inkişafı ilə yaşanan elmi texniki tərəqqilər müsbət tərəflərdən sayıla bilər. Əlçatanlıq, informasiyanın sürətlə yayılmasında ölkəmizdə də kifayət qədər inkişaf var. Dövlət orqanları, cəmiyyət bu sahədə aktivlik nümayiş etdirir. Sosial şəbəkələr alternativ media kimi sürətli inkişaf mərhələsini keçir”.
Deputat qeyd edib ki, “TikTok” platforması isə milyardları əhatə edir:
“Hər şeydə olduğu kimi bu platformada da mənfi və müsbət tərəflər özünü göstərir. Zaman-zaman “TikTok”da mental dəyərlərə zidd, deyilməsi cəmiyyət üçün zərərli olan məsələləri görürük. Hər bir məsələ insanın şəxsiyyəti ilə bağlıdır. Yaxşı, yaradıcı, öyrənməyə meyilli adam üçün “TikTok” yaxşı platforma ola bilər.
Artıq bir neçə dövlət platforma ilə bağlı tədbirlər almağa başlayıb. ABŞ-də Tramp adminstrasiyası qanunu ləğv etdi, “TikTok”un alınması məsələsini gündəmə gətirdi. Böyük Britaniyada dövlət qulluğunda olan insanlara iş zamanı “TikTok” istifadə etmək qadağan edilib.
Ölkəmizdə platforma ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bağlanmasını istəyənlər kimi istəməyənlər də var. Yeni inkişaf modeli formatına baxsaq, “TikTok” bu sahədə digərlərini qabaqlamaqdadır.
Ölkəmizdə də yetəri qədər istifadəçi var. Qanunlar yeni çağırışlara və yeni tələblərə görə uyğunlaşdırılır. Cəmiyyətin inkişaf etməsində qanunlar rol oynayır. Sosial sifarişlər artdıqca qanunların olması zərurəti baş verəcək. Bu qanunların qəbulu zaman məsələsidir. Sosial sifariş artdıqca “TikTok”dakı məsələlər tənzimləmə yox, xaos halını alarsa, gələcəkdə bununla bağlı xüsusi qanunun da olması istisna edilmir”.
Əfsanə Kamal
Demokrat.az
10Sources
-
demokrat.azDeputat: “Daha çox izlənmə üçün dəyərlərimizin əleyhinə mövqe sərgiləyirlər” ( 15019339)
-
xalq.azİş zamanı “TikTok”dan istifadə etmək qadağan edilə bilər? ( 15012335)
-
demokrat.azDeputat: “Zərurət yaranarsa, “TikTok” haqqında qanun qəbul edilə bilər” ( 15009923)
-
turan.azDeputat: 'Dünyanın hansı ölkəsində xalqın hamısı hakimiyyətdən razıdır?' ( 14994221)
-
Shafaqadogru.comFərid Qayıbov övladlarının xaricdə təhsil almasını istəyir - VİDEO ( 14990873)
-
bakivaxti.azParlamentdə Ali təhsil haqqında qanunun hazırlanması üçün işçi qrupunun yenidən formalaşması təklif edilib ( 14987315)
-
report.azParlamentdə Ali təhsil haqqında qanunun hazırlanması üçün işçi qrupunun yenidən formalaşması təklif edilib ( 14987367)
-
valyuta.azDoktorantura səviyyəsinin birə endirilməsi nəzərdə tutulur ( 14987069)
-
apa.azDeputat: Xaricdəki bəzi ixtisasların ölkəmizdə tanınmaması təhsil, əmək bazarı və iqtisadiyyatın inkişafını əngəlləyir ( 14986331)
-
azadmedia.az"Ali təhsil haqqında" qanun bu il də qəbul edilməyəcək? » AzadMedia.az ( 14986109)