EN

İkinci Dünya Müharibəsi zamanı unikal rekord qıran kobra öldürülüb

İkinci Dünya Müharibəsi zamanı indiyə qədər qeydə alınmış ən uzun zəhərli ilan olan 5,5 metrlik kral kobra faciəvi şəkildə öldü. Bu barədə Rutger Universitetinin amerikalı təkamülçü bioloqu Skot Travers “Forbes” jurnalında dərc olunan məqaləsində danışıb.

O xatırladıb ki, kral kobra (Ophiophagus hannah) Cənub-Şərqi Asiyanın sıx meşələrində yaşayan növdür. Onun zəhəri bir fili öldürəcək qədər güclüdür. Bu, bir neçə saat ərzində əzələləri iflic edən və həyati sistemləri bağlaya bilən neyrotoksinlərin kokteylidir.

Sözügedən kobra 1937-ci ildə Malayziyanın Port-Dikson yaxınlığında tutulub və iki il London Zooparkında yaşayıb. Beləliklə, o, sözün həqiqi mənasında dərhal sensasiyaya çevrildi - ölçüsü və təhdidedici başlığı maraqlı izdihamı cəlb etdi.

"Amma 1939-cu ilin sentyabrında Avropa müharibəyə girən kimi kobranın taleyi daha da qaranlıqlaşdı. Gərginləşən münaqişə London Zooparkı kimi qurumların üzərinə uzun kölgə salmağa başladı və bu qurumlar həm heyvanların, həm də onun ətrafındakı insanların təhlükəsizliyinin təmin edilməsində görünməmiş problemlərlə üzləşdi," -Travers qeyd edib.

Müharibə yaxınlaşdıqca, London Zooparkı ağlasığmaz vəziyyətə hazırlaşmağa başladı. Bomba təhdidləri səbəbindən nəhəng pandalar, Asiya filləri və oranqutanlar kimi heyvanlar kənd yerlərində yerləşən Uipsneyd zooparkına köçürülüb.

Zəhərli növlərə gəlincə, zoopark rəhbərliyi onları evtanaziya etmək üçün “ürək parçalayan qərar” verdi. Hamı qorxurdu ki, bombardman onların qapalı yerlərini zədələsə, ölümcül canlılar Londonun mərkəzində sərbəst gəzə biləcəklər. Nəticədə rekord qıran kral kobra evtanaziya edilib.

Almaz Həsənli

Chosen
19
oxumeni.az

1Sources