“Klivlend”in basketbolçusu Tay Ceromun Los-Ancelesdəki evi qarət edilib.
Publika.az xəbər verir ki, bu barədə “TMZ Sports” məlumat yayıb.
Məlumata görə, oğurluq hadisəsi yanvarın 17-də baş verib. Basketbolçu bu haqda komanda ilə yolda olduğu üçün yalnız dünən xəbər tutub.
Evə qayıdan Cerom pəncərələrin sındığını aşkar edib.