EN

Rusiya Trampdan konkret addımlar gözləyir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Moskvanın ABŞ Prezidenti Donald Trampın Ukraynada həll yolu və Rusiya-Amerika münasibətlərinin yaxşılaşdırılması ilə bağlı açıqlamalarına diqqət çəkib.

O, yeni administrasiyadan konkret addımlar görmək istədiyini bildirib. 

"Cebheinfo.az" TASS-a istinadən xəbər verir k, Zaxarova “Rusiya Prezidenti Vladimir Putin yanvarın 21-də deyib ki, biz ABŞ Prezidenti Trampın münaqişənin dayandırılması, Rusiya ilə münasibətlərin bərpası və dialoqun davam etdirilməsi zərurəti ilə bağlı dediklərini nəzərə alırıq: Aydındır ki, bu, müsbət haldır. Ancaq indi sözlərə deyil, hərəkətlərə həmişəkindən daha çox ehtiyac var”,- deyib. 

Yanvarın 21-də Tramp ABŞ-nin Kiyevə silah tədarükünü dayandıra biləcəyini təklif edib və həmçinin Rusiya prezidenti ilə “istənilən vaxtda” görüşməyə hazır olduğunu bildirib. Lakin ABŞ-nin yeni lideri Rusiya Ukrayna ilə bağlı razılaşma olmasa, ona qarşı daha sərt sanksiyaların tətbiqi üçün də qapını açıq qoyub. Bu arada Putin daha əvvəl bəyan etmişdi ki, Moskva Ukrayna münaqişəsi ilə bağlı ABŞ-nin yeni administrasiyası ilə dialoqa açıqdır və ən başlıcası böhranın köklü səbəblərini aradan qaldırmaqdır. O, Rusiyanın Tramp və komandasının əlaqələri bərpa etmək istəyi və üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etmək zərurəti ilə bağlı bəyanatlarını qeyd etdiyini bir daha vurğulayıb. 

Chosen
19
50
cebheinfo.az

10Sources