Bakı, 25 yanvar, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri (RİNN) Rəşad Nəbiyevin Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşün vaxtı dəyişdirilib.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, Rəşad Nəbiyev vətəndaşların müraciətini Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində yanvar 31-də dinləyəcək.
Görüşə yanvarın 30-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.