EN

Trampdan dünyanı şoka salan qəddarlıq - ABŞ bütün yardımları kəsib...

Beynəlxalq KİV-lər xəbər verir ki, ABŞ Ukrayna və digər ölkələrə yardımı 90 gün müddətinə dayandırıb

Jurnalistlərin fikrincə, sərəncam Ukraynaya hərbi yardıma da təsir edə bilər.

"Politico" jurnalı sənədə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio əksər xarici yardım proqramlarının 90 gün müddətinə dondurulmasını əmr edib. Media qeyd olunan sənədin özünü dərc etmir. Jurnalistlərin iddiasına görə, sərəncam ABŞ hökuməti tərəfindən artıq təsdiq edilmiş proqramlar da daxil olmaqla maliyyə yardımının paylanmayacağı anlamına gəlir. Eyni zamanda, guya sənəddə İsrail və Misirə dəstəyin davam etdiriləcəyi bildirilir. Təcili ərzaq yardımı halları da istisna kimi qeyd olunur.

“NBC News-un əldə etdiyi Dövlət Departamentinin daxili sənədinə görə, dövlət kstibi Marko Rubio cümə günü ABŞ-dan demək olar ki, bütün xarici yardım axınının dərhal dayandırılmasını əmr edib. Bütün konsulluq və diplomatik qurumlara göndərilən direktiv, Prezident Donald Trampın bazar ertəsi verdiyi sərəncama uyğundur. Sərəncamdan sonra 90 gün ərzində “proqramın effektivliyi və ABŞ xarici siyasətinə uyğunluq baxımından” yoxlanılmaya qədər yeni xarici yardım öhdəlikləri və ödənişlər dayandırılır". Bu barədə NBC News məlumat yayıb.

"Reuters" agentliyi isə yazır ki, sərəncam ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün fəaliyyətinin dayandırılmasını tələb edir. O, Ukraynaya bütün yardım layihələrinə, eləcə də humanitar problemlərin həllində digər ölkələrə dəstək üçün məsuliyyət daşıyır. Adının çəkilməsini istəməyən USAID rəsmisi "Reuters" agentliyinə bildirib ki, Ukraynada layihələrə cavabdeh olan məmurlar işlərini dayandırmalıdırlar. Dondurulmuş layihələr arasında məktəblərə dəstək, analara təcili yardım və uşaqlara peyvənd kimi tibbi yardım daxildir.

Media mənbələri inanır ki, sərəncam ilk növbədə Afrikada HİV-lə yaşayan insanlar üçün test və müalicəni maliyyələşdirən QİÇS-ə Yardım üzrə Fövqəladə Planına  təsir edəcək.

HİV-ə yoluxmuş insanların müalicəsinə çıxışı müdafiə edən qeyri-kommersiya təşkilatı Health GAP-ın icraçı direktoru Asiya Russell, "Bu işin dayandırılması əmri qəddar və ölümcüldür" deyib.

Bu arada "Amerikanın Səsi"-nin jurnalisti Ostap Yarış yazır: “Bir neçə mənbə mənə təsdiq edir ki, yardımın 90 günlük dayandırılması FMF proqramına aiddir, onun üçün bütün vəsait artıq Ukraynaya ayrılıb. PDA və USAI toxunulmaz olaraq qalır".

"AzPolitika.info"

Chosen
38
50
azpolitika.info

10Sources