ABŞ prezidenti Donald Tramp Danimarkanın baş naziri ilə telefon danışığında Qrenlandiyanı ələ keçirməkdə ciddi olduğunu və qarşı tərəfi bu adadan imtina etməyə israr edib.
Azreform.info "Financial Times" istinadən xəbər verir.
Nəşrin məlumatına görə, ötən həftə Trampla Danimarkanın baş naziri Mette Frederiksen arasında 45 dəqiqəlik telefon danışığı baş tutub. Ağ Ev danışıqların detallarını açıqlamasa da, lakin Frederiksen Qrenlandiyanın Danimarkanın tərkib hissəsi olduğunu və satılmadığını bildirib.
Nəşrin yazdığına görə, Trampın adada hərbi bazalar və faydalı qazıntıların işlənməsində sıx əməkdaşlıq təklifinə belə razı olmayan Danimarka baş naziri Qrelandiyanın satılmasının qeyri-mümkünlüyü barədə aqressiv mövqe sərgiləyib.
"Bu, dəhşətli bir görüş idi. Çox çətin idi. Soyuq duş idi. Əvvəllər bunu ciddi qəbul etmək çətin idi. Amma məncə, bu, ciddi və potensial olaraq çox təhlükəlidir", - görüşün nətcələrini FT-yə şərh edən avropalı məmurlar deyib.
Avropalı siyasətçilər hesab edir ki, Danimarkanın Trampın bu təklifindən imtinası Avropa-ABŞ əlaqələrini gərginləşdirəcək və bu Trampa Aİ ölkələrinə təzyiq etməsinə səbəb olacaq.
Nəşr qeyd edir ki, Frederiksenlə söhbət Ağ Evin NATO müttəfiqləri arasında xarici siyasət böhranını dərinləşdirib.
"Niyyət çox aydın idi. Onlar bunu istəyirlər. Danimarkalılar hazırda böhran vəziyyətindədir", - keçmiş Danimarkalı məmur deyib.
O əlavə edib ki, Trampın Danimarkaya qarşı təklifi məqsədli xarakter daşıyıb.
Mürtəza
Azreform.info