AZ

Tramp baş nazirdən Qrenlandiyadan imtina etməyi tələb edib - Vəziyyət gərginləşdi

ABŞ prezidenti Donald Tramp Danimarkanın baş naziri ilə telefon danışığında Qrenlandiyanı ələ keçirməkdə ciddi olduğunu və qarşı tərəfi bu adadan imtina etməyə israr edib.

Azreform.info "Financial Times" istinadən xəbər verir.
Nəşrin məlumatına görə, ötən həftə  Trampla Danimarkanın baş naziri Mette Frederiksen arasında  45 dəqiqəlik telefon danışığı baş tutub.  Ağ Ev danışıqların detallarını açıqlamasa da, lakin Frederiksen  Qrenlandiyanın Danimarkanın tərkib hissəsi olduğunu və satılmadığını bildirib.
Nəşrin yazdığına görə, Trampın adada  hərbi bazalar və faydalı qazıntıların işlənməsində sıx əməkdaşlıq təklifinə belə razı olmayan Danimarka baş naziri Qrelandiyanın  satılmasının qeyri-mümkünlüyü barədə aqressiv mövqe sərgiləyib.
"Bu, dəhşətli bir görüş idi. Çox çətin idi. Soyuq duş idi. Əvvəllər bunu ciddi qəbul etmək çətin idi. Amma məncə, bu, ciddi və potensial olaraq çox təhlükəlidir", - görüşün nətcələrini FT-yə şərh edən avropalı məmurlar deyib.
Avropalı siyasətçilər hesab edir ki, Danimarkanın Trampın bu təklifindən imtinası Avropa-ABŞ əlaqələrini gərginləşdirəcək  və bu Trampa Aİ ölkələrinə təzyiq etməsinə səbəb olacaq.
Nəşr qeyd edir ki, Frederiksenlə söhbət Ağ Evin NATO müttəfiqləri arasında xarici siyasət böhranını dərinləşdirib.
"Niyyət çox aydın idi. Onlar bunu istəyirlər. Danimarkalılar hazırda böhran vəziyyətindədir", - keçmiş Danimarkalı məmur deyib.
O əlavə edib ki, Trampın  Danimarkaya qarşı  təklifi məqsədli xarakter daşıyıb.

Mürtəza
Azreform.info

Seçilən
3
17
azreform.info

10Mənbələr