2024-cü ildə Azərbaycanın Bolqarıstana təbii qaz tədarükü 2 milyard kubmetr təşkil edib.

İndex.az xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov yerli NOVA TV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, Azəbaycan Bolqarıstandakı enerji böhranından sonra bu ölkənin tələbi ilə “mavi yanacaq” tədarükünü artırmağa başlayıb.

“Bolqarıstana qaz tədarükünü əvvəlcə 1 milyard kubmetrdən 1,2 milyard kubmetrə, daha sonra 1,5 milyard kubmetrə, ötən ilin sonunda isə 2 milyard kubmetrə çatdırdıq. Bu isə o deməkdir ki, hazırda Bolqarıstanın təbii qaza olan tələbatının böyük hissəsini ödəyirik”, – deyə səfir vurğulayıb.