Cəlilabadda qanunsuz silahlar könüllü olaraq polisə təhvil verildi.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.