EN

Natiq Aslanov yığıdığı milyonları üzə çıxarır - Daşınmaz əmlaka sərmayə yatırıb

Naftalanın sabiq icra başçısı Natiq Aslanov Bakıda və Abşeron rayonunda biznesini genişləndirib...

Bu barədə AzFakt.com saytının əldə etdiyi özəl məlumatda bildirilir. 

Məlumatda görə Natiq Aslanov Xırdalan şəhərində  daşınmaz əmlaka sərmayə yatırıb. 

Qeyd edək ki, Natiq Aslanov 2010-2018-ci illərdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 

Natiq Aslanovun 8 il ərzində Naftalanda ciddi yeyintilər etdiyi, müxtəlif formalarda mənimsədiyi vəsaitləri əsasən daşınmaz əmlaka yatırdığı vurğulanır. 

Onu da qeyd edək ki, N. Aslanov icra başçısı vəzifəsinə təyin edilməmişdən əvvəl tikinti sektorunda çalışıb. 

Onun hazırda BakıAbşeronda, Xırdalan şəhərində olan proyektləri barədə növbəti yazımızda geniş məlumat verəcəyik. 

Məsələ ilə bağlı N.Aslanovun mövqeyini dərc etməyə hazırıq. 

Poliqon.info

 

Chosen
16
poliqon.info

1Sources