EN

Rəhmon Lukaşenkonu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib

Dövlət başçıları ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər

Tacikistan prezidenti Emoməli Rəhmon telefon danışığında Belarus dövlətinin hazırkı rəhbəri Aleksandr Lukaşenkonu seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Tacikistan Prezidenti belaruslu həmkarını son prezident seçkilərində qazandığı qələbə və yüksək nəticə münasibətilə təbrik edib. Dövlət başçıları ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivlərini, inteqrasiya formatlarında qarşılıqlı fəaliyyəti müzakirə ediblər", - məlumatda qeyd olunub.

Chosen
9
34
operativmedia.az

10Sources