Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, Bandırma təmsilçisi “Keçiörengücü” ilə qarşılaşıb. Matç “Bandırmaspor”un məğlubiyyəti ilə başa çatıb – 1:2.
Coşqun oyuna start heyətdə başlayıb və sona qədər oynayıb.
“Bandırmaspor” 21 turdan sonra 34 xalla 4-cü sıradadır. “Keçiörengücü” isə 30 xalla 11-ci pillədə qərarlaşıb.
Millimizin hazırlıq üçün heyəti açıqlanıb
“Araz-Naxçıvan”dan 20-ci ev qələbəsi
"Kəpəz"in 150-ci xalsız səfəri
“Sabah” 20 matçda 10-cu dəfə 1 xalla kifayətlənib
Qurban Qurbanov: “Buna nə deyim?”