EN

Azərbaycan şəkər ixracından 38 milyon dollar vəsait götürüb

Bakı. Trend:

Ötən il Azərbaycan 38,1 milyon ABŞ dolları dəyərində 49,4 minton şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixracedib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstəricilərlə müqayisədədəyər ifadəsində 13,1 milyon ABŞ dolları və ya 52,8%, həcmifadəsində isə 16,8 min ton və ya 51,6% çoxdur.

Belə ki, 2023-cü ildə Azərbaycan 24,9 milyon ABŞ dollarıdəyərində 32,6 min ton şəkər və şəkərdən hazırlanan qənnadıməmulatları ixrac edilmişdi.

Ötən il sözügedən məmulatların ixracı ölkənin ümumi ixracında1,32% paya sahib olub.

Chosen
8
7
az.trend.az

10Sources