Türkiyə turizm cənnətidir. Hər il milyonlarla turist bu qədim ölkəni ziyarət edir.
Moderator.az xəbər verir ki, dünyanın cənnəti adlandırılan Antalya qardaş ölkənin ən qədim və gözəl insan yaşayış məskənlərindən biridir. Antalya tanınmış turizm mərkəzi olmaqla bərabər, Olympos, Patara, Perge, Faselis kimi antik şəhərləri ilə məşhurdur.
Olympos şəhəri
Likya İttifaqı sikkələrində adı keçən Olympos, Likya Birliyində üç səs hüququ olan altı şəhərdən biri idi. Şəhərin sağ qalmış xarabalıqlarının çoxu meşədə ağac və kollarla örtülüb. Bu tikililər Ellin, Roma və Bizans dövrlərinə aiddir. Qədim dövrlərdə şəhəri iki yerə bölən çay yatağı körpü ilə bir-birinə bağlanıb. Bu gün də körpünün bir sütunu qalmaqdadır. Çayın mənsəbinə yaxın kiçik və sıldırım akropolda son dövrlərə aid tikili xarabalıqları vardır. Çayın cənub sahilində Ellinistik təməlli və Roma təmirli kiçik teatr çox bərbad vəziyyətdə olsa da, girişin bir tərəfi yaxşı qorunub saxlanılıb.
Patara şəhəri
Patara Antik yaşayış məskəni indiki Ovagelamış kəndində, Fethiye ilə Kalkan arasında Xanthos vadisinin cənub-qərb ucunda yerləşir. Likiyanın ən əhəmiyyətli və ən qədim şəhərlərindən biridir. Şəhərin indiki xarabalıqlarına inşası eramızın 100-cü illərinə aid olan möhtəşəm və yaxşı qorunmuş Roma zəfər tağıdır. Tağın qərbindəki təpənin yamaclarında Likiya tipli sarkofaqların olduğu qəbiristanlıq sahəsi yerləşir. Yazılardan aydın olur ki, şəhərin ən cənub ucunda yerləşən teatr eramızın 147-ci ildə zəlzələdən sonra yenidən tikilib. Şəhərin digər xarabalıqlarına Vespasian hamamları, Korinf məbədi, əsas küçə, liman və taxıl anbarı daxildir.
Perge
Perge antik ÅŸÉ™hÉ™ri tarixdÉ™ “Parha” adı ilÉ™ tanınıb. Tarixi bilgilÉ™rÉ™ görÉ™ xetlÉ™r dövründÉ™ mövcud olduÄŸu güman edilÉ™n ÅŸÉ™hÉ™r, Roma dövründÉ™ Anadolunun É™n nizamlı ÅŸÉ™hÉ™rlÉ™rindÉ™n biri olub. Memarlığı vÉ™ mÉ™rmÉ™r heykÉ™ltÉ™raÅŸlığı ilÉ™ məşhur olan qÉ™dim ÅŸÉ™hÉ™rdÉ™ aparılan qazıntılar zamanı ortaya çıxan heykÉ™llÉ™r Antalya muzeyini É™n É™hÉ™miyyÉ™tli heykÉ™ltÉ™raÅŸlıq muzeylÉ™rindÉ™n birinÉ™ çevirib. 15 min tamaÅŸaçı tutumuna malik olan teatr çox yaxşı qorunub saxlanılıb. Oturma yerlÉ™ri ilÉ™ üzbəüz, nÉ™fis ÅŸÉ™kildÉ™ bÉ™zÉ™dilmiÅŸ iki mÉ™rtÉ™bÉ™li sÉ™hnÉ™ binası b.e. II É™srindÉ™ tikilib. ŞəhÉ™rin qÉ™dim dövrlÉ™rdÉ™ki É™zÉ™mÉ™tini É™ks etdirÉ™n digÉ™r tikililÉ™r arasında düzbucaqlı planlı aqora, hündür qüllÉ™lÉ™r, monumental fÉ™vvarÉ™lÉ™r, hamamlar vÉ™ sütunlu küçəlÉ™r mövcuddur.
Faselis şəhəri
Eramızdan əvvəl 7-ci əsrdə Rodoslu kolonistlər tərəfindən inşa edildiyi qeyd edilən Phaselis Antik Şəhəri bu gün Antalya Kemer yaxınlığında yerləşir. Bəzən Likya, bəzən də Pamfiliya bölgəsinin şəhəri kimi göstərilən və üç limanı olan şəhər əslində hər iki bölgənin sərhədləri arasında yerləşirdi. Bu günə qədər gəlib çatan xarabalıqlar daha çox Roma və Bizans dövrlərinə aiddir. Bu günə qədər gəlib çatmış ən monumental tikili su kəmərləridir. Şəhərin digər iki mühüm xarabalığı şəhər meydanındakı biri kiçik, digəri böyük iki hamamın xarabalıqlarıdır.
Atalar mÉ™sÉ™lindÉ™ deyildiyi kimi, çox oxuyan çox bilmÉ™z, çox gÉ™zÉ™n çox bilÉ™r. Filosoflar isÉ™ düşünürlÉ™r: “Çalışın, xoÅŸ anılar, xatirÉ™lÉ™r toplayın ki, sizi mÉ™sud etsin sonra”.