EN

Bakıda üç nəfərin dələduzluqla 14 min manatı ələ keçirilib

Bakıda

Səbail rayonunda oğurluq və dələduzluqda şübhəli bilinən 5 şəxs saxlanılıb.“Ulusum”.az DİN-ə istinadən xəbər verir ki, Səbail rayonu ərazisində 3 nəfərin dələduzluq yolu ilə ümumilikdə 14 min manatdan çox pul vəsaitinin ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı O.Qürbətli, 38 yaşlı Ə.Məhərrəmov və 45 yaşlı S.Cavadova müəyyən olunaraq saxlanılıb.Bundan başqa, rayon ərazisində 2 şəxsin avtomobilindən mobil telefon və 480 manat dəyərində 4 ədəd təkər oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 32 yaşlı T.Maksimov və 38 yaşlı E.Kazımovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin olunub.Araşdırmalar aparılır.

Diqqət Çəkənlər

Türkiyədə Grand Kartal otelində baş verən yanğınla bağlı daha iki məmur həbs edilib

İsrail atəşi nəticəsində bazar günü Livanın cənubunda 15 nəfər həlak olub, 80-dən çox insan yaralanıb

Türkiyənin kəşfiyyat xidmətinin rəhbəri yenidən Dəməşqə səfər edib

Chosen
9
32
ulusum.az

10Sources