EN

Aİ Suriyaya qarşı sanksiyaları ləğv edir?

"Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyaları ləğv etməyə hazırdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avstriya xarici işlər naziri Aleksandr Şallenberq bildirib.

Onun sözlərinə görə, Dəməşqin yeni rəhbərliyi öhdəliklərini yerinə yetirməsə, sanksiyalar yenidən tətbiq edilə bilər.

“Suriya yol ayrıcındadır. Biz sadəlövh deyilik: Dəməşqin yeni rəhbərliyi öz öhdəliklərini yerinə yetirməsə, tədbirlər bərpa olunacaq”, - deyə nazir bildirib.

Chosen
5
15
operativmm.az

10Sources